Media nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunub
Özbəkistan Respublikasına səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri üçün Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetində görüş təşkil olunub.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin rektoru Şerzodxon Qudratxoja tərəfindən qonaqlara universitetin yaranma tarixi, tədris strategiyası, təhsil proqramları və gələcək perspektiv imkanları barədə geniş məlumat verilib.
Qeyd edilib ki, 2018-ci ildə yaradılan sözügedən ali təhsil müəssisəsində jurnalistikanın müxtəlif sahələri, o cümlədən idman jurnalistikası, teleradio və hərbi jurnalistika üzrə ixtisaslar tədris olunur. Müasir texniki baza və peşəkar kadr potensialı sayəsində tələbələr yalnız nəzəri biliklərə deyil, həm də real media mühitinə uyğun praktiki bacarıqlara yiyələnirlər.
Sonra Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Akademik, Elmi İşlər və İnnovasiyalar üzrə prorektoru Nozima Muratova tərəfindən Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri üçün “Qlobal informasiya mühitində yeni nəslin media davranışı və məzmun seçimləri” mövzusunda seminar keçilib. Sessiya interaktiv dialoqlarla davam edib.
Oxşar xəbərlər
MEDİA-da Özbəkistan nümayəndələri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın nümayəndə heyəti Özbəkistan İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyində olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət qurumları üçün strateji və böhran kommunikasiyası təlimləri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura jurnalistika fakültəsinin tələbələri üçün seminar təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












