MEDİA-da Özbəkistan nümayəndələri ilə görüş keçirilib
Bu gün Medianın İnkişafı Agentliyində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar qarşılıqlı səfərlər və mediaturlar çərçivəsində sözügedən ölkənin bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri ilə görüş keçirilib.
Agentlikdən APA-ya verilən xəbərə görə, görüşdə MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, bu baxımdan media sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, media sahəsində təcrübə və resurs mübadiləsinin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin, kommunikasiyaya məsul şəxslər və jurnalistlərin peşəkar inkişafına yönəlmiş təşəbbüslərin “Yol Xəritəsi” çərçivəsində mühüm yer tutduğunu diqqətə çatdırıb.
Qonaqlar Agentliyin media sahəsində həyata keçirdiyi sistemli yanaşmanı, xüsusilə media subyektlərinin inkişafına və rəqəmsallaşma proseslərinin sürətləndirilməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar belə təşəbbüslərin gələcəkdə hər iki ölkədə medianın dayanıqlı inkişafına xidmət göstərəcəyini ifadə ediblər.
Oxşar xəbərlər
MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Özbəkistan arasında media üzrə əməkdaşlıq müzakirə olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhməd İsmayılov Qazaxıstanının mədəniyyət və informasiya naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












