Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib - YENİLƏNİB
Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Ali Məhkəmə Kollegiyasının sədri Sənan Hacıyev, həmçinin başqa dövlət qurumlarının idarə heyətinin üzvləri, nazir müavinləri və media subyektlərinin rəhbərləri iştirak ediblər.
Forumda əvvəlcə açılış nitqləri olub, rəsmi hissənin ardınca “Konstitusiya və Suverenlik İlində media gündəmi”, “Nəqliyyat infrastrukurunda davamlı həllər media müstəvisində” və “Təhlükəsizlik rəqəmsal media mühiti: məlumatlı istifafəçilər” adlı panel sessiyalar keçirilib.
Sessiyalarda sözügedən mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.
Həmçinin hər sessiyanın sonunda jurnalistlərin sualları cavablandırılıb.
Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum keçirilir.
“Sizinxeber.az” xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev, həmçinin başqa dövlət qurumlarının idarə heyətlərinin üzvləri, nazir müavinləri və media subyektlərinin rəhbərləri iştirak edirlər.
Forum medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə təşkil edilir.
Tədbir açılış nitqləri və rəsmi hissənin ardınca “Konstitusiya və Suverenlik İlində media gündəmi”, “Nəqliyyat infrastrukurunda davamlı həllər media müstəvisində” və “Təhlükəsizlik rəqəmsal media mühiti: məlumatlı istifafəçilər” adlı panel sessiyalarla davam etdiriləcək.
Foto: Samirə Həsənova
Oxşar xəbərlər
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Konstitusiya və Suverenlik İlində media gündəmi müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman: İnnovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












