Azərbaycan və Özbəkistan arasında sağlam informasiya mühitinin formalaşdırılması müzakirə edilib
Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan və Özbəkistan arasında sağlam informasiya mühitinin formalaşdırılmasına dair müzakirələr aparılıb.
"Report" xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.
"Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi" mövzusunda II Mərkəzi Asiya Media Forumu çərçivəsində keçirilən görüş zamanı iki ölkə arasında informasiya mübadiləsinin təmin olunması və qarşılıqlı fəaliyyət mexanizmlərinin müzakirəsi məqsədilə konfransların, praktiki məşğələlərin və işçi qruplarının görüşlərinin təşkilinin əhəmiyyəti vurğulanıb.
Media savadlılığı sahəsində cəmiyyətin məlumatlandırılması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Xüsusilə “Azərbaycan ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bakıda keçirilməsi nəzərdə tutulan II Azərbaycan-Özbəkistan Media Forumuna dair məsələlər, həmçinin hər iki ölkənin dövlət qurumlarının kommunikasiya sahəsinə məsul struktur bölmələrinin rəhbərlərinin və jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Əhməd İsmayılov Qazaxıstanının mədəniyyət və informasiya naziri ilə görüşüb
Əhməd İsmayılov Qazaxıstan rəsmisi ilə saxta məlumatların yayılmasına qarşı mübarizə üsullarını müzakirə edib
MEDİA-nın nümayəndə heyəti II Mərkəzi Asiya Media Forumunda iştirak edir - FOTO
Əhməd İsmayılov: Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












