APA-nın 20 illik yubileyidir
- 16-11-2024, 00:50
- Media
- 0
- 859
"Azəri-Press" Agentliyinin (Sizinxeber.az) yaranmasından 20 il keçir.
"Azəri-Press" Agentliyi (Sizinxeber.az) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
Agentlik Azərbaycan, rus, ingilis, fars və fransız dillərində xəbər xidməti göstərir.
İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa Sizinxeber.az ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.
Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən Sizinxeber.az dünyanın müxtəlif ölkələrinin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən, informasiya mübadiləsi aparır.
Sizinxeber.az-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya və Gürcüstanda ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri Sizinxeber.az-ya eksklüziv müsahibələr veriblər.
Sizinxeber.az-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “Sizinxeber.az-Economics” bölməsi fəaliyyət göstərir. "Sizinxeber.az-Economics"in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial sahə və s. ən son xəbərlər, təhlillər bu bölmədə toplanır. "Sizinxeber.az-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir. "Sizinxeber.az-Economics” Azərbaycana “renkinq mədəniyyəti” gətirib. "Sizinxeber.az-Economics”in tərtib etdiyi bank, sığorta və birja iştirakçılarının renkinqi hər zaman oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox bank, sığorta şirkətlərinin rəhbər şəxsləri "Sizinxeber.az-Economics”in tərtib etdiyi renkinqləri istinad mənbəyi kimi göstərir.
Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />