Cəfər Hasnain: II Qarabağ müharibəsi dövründə aparıcı informasiya agentlikləri Azərbaycana qərəzli yanaşırdı
II Qarabağ müharibəsi dövründə dünyanın bir sıra aparıcı informasiya agentlikləri Azərbaycana qarşı qərəzli yanaşmaya yol verirdi.
Sizinxeber.az xəbər verir ki, bunu “TRT World" telekanalının müxbiri Cəfər Hasnain Şuşada II Qlobal Media Forumu çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın Əhatə dairəsini müəyyənləşdirmək" mövzusunda paneldə deyib.
Cəfər Hasnain bildirib ki, bu gün xüsusi proqram təminatları var ki, onların vasitəsilə saxta məlumatları gerçək faktlardan fərqləndirmək mümkündür: “Bir müddət əvvəl dünya ölkələrindən birində nüvə zavodunda yanğın baş vermişdi. Bu müəssisə işlək deyildi, amma agentliklər onu elə təqdim edirdi ki, sanki zavod işləyir və təhlükə yaradır. Bu cür nümunələr çoxdur. Hesab edirəm ki, bunların qarşısını almaq üçün informasiya agentlikləri arasında əməkdaşlıq güclənməlidir".
"Most Traveled People" Təşkilatının yaradıcısı Çarlz Veley isə son üç il ərzində 35 dəfə Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər etdiyini bildirib.
O deyib ki, belə səfərlər burada baş verənlərlə bağlı dəqiq informasiyanın dünya ictimaiyyətinə çatdırılması üçün faydalıdır.
Oxşar xəbərlər
Mixail Qusman: Blogerləri jurnalist saymıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












