Mətbuat Şurası “Report” İnformasiya Agentliyini yubiley münasibəti ilə təbrik edib
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti 10 yaşı tamam olan “Report” İnformasiya Agentliyinin kollektivini təbrik edib.
"Report"un məlumatına görə, təbrikdə qeyd olunub ki, son illər onlayn media orqanlarının sayının çoxalması, çətin rəqabət şəraitində ayaqda qalmaq, özünü oturuşmuş media orqanı kimi təsdiqləmək asan deyil.
"Əminliklə deyə bilərik ki, 10 yaşı tamam olan “Report” İnformasiya Agentliyi böyük əzmkarlıq göstərərək bunu bacarıb. Onun ötən müddətdəki fəaliyyəti jurnalistika prinsiplərinə sadiqlik ruhundan qaynaqlanıb. Bu, son dərəcə böyük dividenddir, mühüm keyfiyyət göstəricisidir.
“Report”un dəst-xətti ilə bağlı vurğulanmalı, üzərində dayanılmalı çoxsaylı məqamlar var. Media orqanı hadisə və proseslərə obyektiv münasibəti ilə inam və etimad qazanıb, peşəyə rəğbət aşılayıb, jurnalistikanın imkanlarını demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu, ölkəmizin beynəlxalq miqyasda ləyaqətlə təbliği naminə səfərbər etməyi bacarıb. Hesab edirik ki, ötən 10 ilin ən böyük mükafatı budur.
“Report” İnformasiya Agentliyinin rəhbərliyini və əməksevər kollektivinin üzvlərini fəaliyyətlərinin 10 illiyi münasibəti ilə təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayırıq", - təbrikdə bildirilib.
Oxşar xəbərlər
“Haber Global”ın altı yaşı tamam olur
Day.az informasiya portalının 21 yaşı tamam olur
Mətbuat Şurası informasiya yayanlara müraciət ünvanlayıb
Britaniya səfiri Azərbaycanın media işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik edib
Yenicag.az saytının 17 yaşı tamam olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













