Sizinxeber.az » Media » "Report"un əməkdaşı “Rəqəmsal Savadlılıq” sertifikatına layiq görülüb

"Report"un əməkdaşı “Rəqəmsal Savadlılıq” sertifikatına layiq görülüb

  • 24-10-2024, 19:30
  • Media
  • 0
  • 1 064

Bu gün iki ay davam edən “Rəqəmsal Savadlılıq” təlim proqramının 37 məzununa sertifikatlar təqdim olunub.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının təşkilatçılığı tədbir keçirilib.

İştirakçılar arasında "Sizinxeber.az" İnformasiya Agentliyinin əməkdaşı Gülçin Cəmil də yer alıb.

Qeyd edək ki, jurnalistlər üçün təşkil olunan “Rəqəmsal Savadlılıq” təlim proqramları iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına, həmçinin mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına xidmət edir. Təlimlər müddətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli alt qurumları, eləcə də peşəkar təlimçi və ekspertlər tərəfindən rəqəmsal marketinq və brendləşmə, sənaye prosesində SCADA sistemləri, genişzolaqlı internet və inkişaf perspektivləri, elektron təhlükələr və onlardan müdafiə üsulları, mediada İKT, texnologiyaların istifadəsi və qanunvericilik, rəqəmsal ID-nin tətbiqi, CIA Modeli- Konfidensiallıq, bulud texnologiyaları, Blokçeyn və kriptovalyuta texnologiyalarının tətbiqi kimi mövzularda təlimlər keçirilib. Layihə çərçivəsində media nümayəndələri üçün əyani dərslərlə yanaşı, praktiki dərslər də keçirilib.

T

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !