İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini 65 % artırıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2023-cü ili 7,652 milyon manat zərərlə başa vurub.
“Report” agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 65,4 % çoxdur.
Bununla da, qurumun yığılmış zərəri 45,9 % artaraq 24,309 milyon manat olub.
Bu il yanvarın 1-nə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin aktivləri 60,58 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur. Hesabat dövründə agentliyin öhdəlikləri 30,3 % artaraq 42,286 milyon manata çatıb, balans kapitalı isə 6,9 % azalaraq 18,294 milyon manata düşüb.
Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 6,778 milyon manatdır. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsi, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb
"Azərkontrakt"ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
Azərbaycandakı kredit ittifaqlarının zərəri 80 % artıb
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb
Azərbaycanın bank sektorunun aktivləri 50 milyard manatı keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













