Report Media Məktəbində 17-ci qrupun təlim proqramı yekunlaşıb
sizinxeber.az xəbər saytı

Report Media Məktəbində 17-ci qrupun təlim proqramı yekunlaşıb


“Sizinxeber.az” İnformasiya Agentliyində fəaliyyət göstərən Sizinxeber.az Media Məktəbinin sayca 17-cı qrupunun təlim proqramı yekunlaşıb.

“Sizinxeber.az” xəbər verir ki, agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 10 jurnalistə sertifikat təqdim edilib.

“Sizinxeber.az” İnformasiya Agentliyinin Direktoru Fuad Hüseynəliyev məzunların müsbət nəticə göstərdiklərini bildirib:

“Bu buraxılışın özəlliyi tələbələrin bütövlüklə jurnalistika fakültələrinin tələbəsi və ya məzunu olmasına bağlıdır. Qrupda bir jurnalist inadkarlığı, ötkəmliyi duyulurdu, xəbər duyumu, yazı qabiliyyəti də yaxşı səviyyədə idi. Sizi “Sizinxeber.az”un komandasında görəcəyimizə ümid edirəm. Yüksək bal toplayan 3 nəfər isə fərqlənmə sertifikatına layiq görülüb”.

Sizinxeber.az Media Məktəbinin rəhbəri, təlimçi İsmayıl Rafiqoğlu tələbələrin tədris prosesinə xüsusi maraq göstərdiklərini vurğulayıb:

“Qrup üzvləri həm yazı, həm də operativ xəbər hazırlamaqda xüsusi bacarıq ortaya qoyublar. Simulyasiya oyunlarından, tədbir və görüşlərdən xəbər hazırlanıb, verilən tapşırıqlar zamanında yerinə yetirilib”.

İ. Rafiqoğlu təlimdə reallaşan işlərdən danışıb:

“Sizinxeber.az”un bir sıra aparıcı jurnalistlərinin tələbələrlə görüşləri baş tutub. Baş redaktor Murad Əliyev, baş redaktorun müavini Emil Quliyev, idman şöbəsinin redaktoru Kənan Həsənov, baş redaktor müavini Cavid Osmanov, daxili siyasət şöbəsinin redaktoru Elgün Mənsimov da daxil olmaqla maraqlı təlimlər keçirilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir, "Baku TV" Rəqəmsal Media Məktəbinin təlimçisi, jurnalist Azər Cabbarov, yazıçı, ssenarist Pərviz Seyidli, radioaparıcı, tanınmış bloqçu, Oxu.az saytının əməkdaşı Əzizə İsmayılova, Əməkdar jurnalist, yazıçı Varis Yolçiyev, Əməkdar jurnalist, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev ilə keçirilən görüşlərdə mətbuatın, sosial medianın, ədəbiyyatın durumundan danışılıb”.

Təlimçi Sizinxeber.az Media Məktəbinin tələbələri ilə birlikdə bir neçə vacib tədbirin də reallaşdırıldığını qeyd edib:

“Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Viktor Hüqonun əsəri üzrə səhnələşdirilən “Paris Notr Dama ithaf”, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “M Teatr”da Pərviz Seyidlinin “Maraqlı fiqur və siçan qadın” hekayəsi əsasında qoyulan “İnstinkt” tamaşalarını izləmişik. Tələbələr hər tamaşa üzrə maraqlı materiallar hazırlayıblar”.

Qeyd edək ki, Sizinxeber.az Media Məktəbi 2018-ci il iyunun 13-dən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Sizinxeber.az Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Oxşar xəbərlər

Oxu.Az-ın, “Report”un və “Kaspi” qəzetinin əməkdaşları MEDİA-nın müsabiqəsində qalib oldular [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Baku TV" Rəqəmsal Media Məktəbinin təlimçisi Report Media Məktəbinin qonağı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərvanə İbrahimova: "İnformasiya bolluğu çox zaman "informasiya çirkliliyinə" səbəb olur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mətbuat Şurası informasiya yayanlara müraciət ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər