Oxu.Az TÜRK dilində: Qarşımızda dayanan yeni missiya
Bu gündən etibarən Oxu.Az saytının yeni redaksiyası fəaliyyətə başlayır.
"Report" xəbər verir ki, daha əvvəl Azərbaycan və rus dillərində oxucularına operativ və maraqlı xəbərlər çatdıran saytımız artıq türkdilli redaksiyası vasitəsilə də oxucularına ən maraqlı xəbərləri çatdırmağa çalışacaq.
Türkdilli redaksiyamız - türkdilli xalqların, dövlətlərin informasiya məkanı ilə yerli informasiya məkanının inteqrasiyasına öz töhfəsini verməyə çalışacaq. Türk dünyasına dair maraqlı və əhəmiyyətli xəbərlərin operativ şəkildə təqdim edilməsi ilə türkdilli redaksiyamız türk xalqlarının yaşadığı coğrafiyadakı informasiya mühitində unikal bir missiyanı daşımaq əzmindədir.
Türkdilli redaksiyamız oxucularına türk dünyası, siyasət, iqtisadiyyat, idman, mədəniyyət, informasiya texnologiyaları, cəmiyyət, hərbi və dünya kateqoriyaları üzrə xəbərlər çatdıracaq.
Saytımızın sosial şəbəkə hesablarını izləməklə bu missiyamızda bizə dəstək ola bilərsiniz:
Oxşar xəbərlər
Türkiyə PA rəsmisi Türk dünyası Milli Kitabxanaları Birliyini qurmaq ideyasını dəstəkləyib
Taner Beyoğlu: "Türk Dünyası Kitabxanaları Birliyinin yaradılması ilə bağlı müzakirələr davam edir"
Türkdilli ölkələrin Xizək Kurortları İttifaqı yaradılıb
Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
Azərbaycan XİN Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dövlətlərini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













