Sizinxeber.az » Media » Azərbaycan-Özbəkistan Media Forumu: münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün intellektual platforma - ŞƏRH

Azərbaycan-Özbəkistan Media Forumu: münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün intellektual platforma - ŞƏRH

  • 25-09-2024, 13:00
  • Media
  • 0
  • 1 401

Möhkəm dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Özbəkistan əlaqələri hər gün yeni məzmunla zənginləşir. İki dövləti çox qədim zamanlardan ortaq tarix, dil, kök, adət-ənənə və mədəniyyət birləşdirir. Müstəqillik illərində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edib, bu gün isə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin mahir siyasəti, eləcə də onların şəxsi dostluğu və sıx əlaqələri sayəsində bu əməkdaşlıq daha da inkişaf edib. Ümumi maraq və dəyərlər ətrafında sıx birləşən Azərbaycan-Özbəkistan münasibətləri prezidentlərin sayəsində günbəgün artır və güclənir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “bizim münasibətlərimiz artıq yeni səviyyəyə yüksəlib - bu gün Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir”.

Bu ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı Müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Bu gün Azərbaycanın cəmi 4 dövlətlə müttəfiqlik münasibətləri var və bu ölkələrdən biri də Özbəkistandır. Bu fakt ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir. İkitərəfli əlaqələr bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır. Hər iki ölkə ümumi maraq və dəyərlər ətrafında sıx birləşərək, münasibətlərin daha da inkişafı yolunda addımlayır.

Qardaş xalqlar arasında dostluğun, sıx əməkdaşlığın möhkəmlənməsinə və inkişafına xidmət edən bütün təşəbbüslər olduqca yüksək rəğbətə, mühüm dəyərə malikdir. Bu mühüm missiyanın daşıyıcısı olaraq Prezident İlham Əliyevin xarici siyasət strategiyası Türk dövlətlərinin təşkilatlanmasında aparıcı istiqamət, lokomotiv təşkil edir. Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində bu gün Türk dünyasının daha da birləşməsinin şahidi oluruq. Bu, həm də ümummilli iradənin həyata keçirilməsi deməkdir.

Azərbaycanın Özbəkistanla münasibətlərinin ayrıca xüsusi incə xətlə inkişafı, tarixi, dini, mədəni, mənəvi keçmişə istinad əsasında qurulan, müasir, qlobal əhəmiyyətli ideya və fikir yükü ilə zəngin olan bu münasibətlər gələcəkdə Türk birliyinin daha da güclənməsinə xidmət edəcək. Belə ki, Özbəkistanın TDT-yə üzvlüyü 2018-ci ildə elə məhz Bakıda reallaşanda bu, Azərbaycanın rəsmi Daşkəndə münasibətinin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərirdi. Azərbaycan Prezidentinin Daşkənddə imzaladığı 20 istiqamət üzrə əməkdaşlıq sənədləri dövlətlərarası münasibətlərin inkişafına, xüsusilə iqtisadi münasibətlərdə artıma, investisiya, ticarət imkanlarının genişlənməsinə xidmət edir. Təsadüfi deyil ki, prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin görüşündə “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edilib.

Təqdirəlayiq haldır ki, bütün sahələrdə inkişaf edən Azərbaycan-Özbəkistan münasibətləri qardaş ölkələrin mediasını da əhatə edir.

Daşkənddə informasiya təhlükəsizliyi məsələlərinə dair Azərbaycan-Özbəkistan Media Forumu da bu əməkdaşlığın nəticəsidir. Foruma iki ölkənin media nümayəndələri, ekspertləri və dövlət xadimləri informasiya təhlükəsizliyi sahəsində aktual məsələləri və süni intellektin media fəaliyyətinə təsirini müzakirəyə çıxarıblar. Qeyd olunub ki, Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal iş aparılır. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi də buna böyük töhfə verir. Müttəfiqlik əlaqələri də öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına, fundamental layihələrin həyata keçirilməsinə ciddi təkan verir. 2022-ci il iyunun 20-də Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul verib.

Kamran Həsənov
Kamran Həsənov

Forumda çıxış edən Azərbaycanın Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov xatırladıb ki, iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın əsası 2022-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması ilə qoyulub. 2023-cü ildə isə Özbəkistan Prezidentinin Bakıya dövlət səfəri çərçivəsində bu əməkdaşlığın inkişafı üçün Yol Xəritəsi imzalanıb. Forum çərçivəsində də “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası istiqamətində görüləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb, təkliflər verilib.

 Əhməd İsmayılov
Əhməd İsmayılov

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov öz növbəsində bildirib ki, Azərbaycan və Özbəkistanın media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir.

Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində panel müzakirələr də aparılıb. "Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda keçirilən müzakirə zamanı "Sizinxeber.az" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev jurnalistlərin peşəkarlığı və onların geosiyasi prosesləri başa düşməsini dezinformasiyaya qarşı mübarizədə əsas amillərdən biri adlandırıb.

 Fuad Hüseynəliyev
Fuad Hüseynəliyev

Öz növbəsində Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin prorektoru Nozima Morodova vurğulayıb ki, bu gün iki ölkə arasında informasiya mübadiləsi üçün vahid platformanın olması çox vacibdir.

Qeyd edək ki, artıq bir neçə ildir Azərbaycan və Özbəkistanın media strukturları arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hər iki Şuşa Qlobal Media Forumunda Özbəkistan mediasının nümayəndələri iştirak ediblər. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı (TDT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) media platformaları çərçivəsində fəal əməkdaşlıq edilir.

Azərbaycan-Özbəkistan Ekspert Şurası ilə bağlı olub və qeyd edilib ki, bu, dövlətlərarası münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan ciddi intellektual platforma olacaq.

Beləliklə, Daşkənddə baş tutan forum Azərbaycan ilə Özbəkistan arasında kommunikasiya və media siyasəti sahəsində əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün katalizator rolunu oynayacaq, təcrübə və fikir mübadiləsi üçün unikal imkanlar ortaya qoyacaq.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib