Şövkət Mirziyayev İlham Əliyevə zəng etdi
Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Sizinxeber.az xəbər verir ki, Özbəkistan dövlətinin başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb.
Şövkət Mirziyayev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin önəmini bir daha vurğulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şövkət Mirziyayeva minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Putinə zəng etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












