“Report”un direktoru: Dezinformasiyaya qarşı mübarizədə jurnalistlərin peşəkarlığı əsas amildir
- 24-09-2024, 16:30
- Media
- 0
- 1 342
Jurnalistlərin peşəkarlığı və onların geosiyasi prosesləri başa düşməsi dezinformasiyaya qarşı mübarizədə əsas amillərdir.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda keçirilən Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində panel müzakirəsi zamanı deyib.
“Məlumdur ki, dünyada təhsilin keyfiyyətinin aşağı düşməsi tendensiyası müşahidə olunur. Nədənsə gənc nəsil bizdən və valideynlərimizdən az oxuyur. Onların diqqətinin və vaxtının böyük hissəsini sosial şəbəkələr tutur. Sosial şəbəkələrin sürətli inkişafı dövründə əsas problem məlumatların dərc edilməzdən əvvəl yoxlanılmamasıdır. Belə tip bir çox saytlar mövcuddur. AZƏRTAC, “Report”, “Trend”, APA kimi Azərbaycanda tanınmış media resursları məlumatları saytda dərc etməzdən əvvəl diqqətlə yoxlayırıq. Bir çox sosial şəbəkələr, əksinə, yoxlanılmamış məlumatlardan istifadə edir. Belə bir şəraitdə jurnalistika sahəsində peşəkar kadr tapmaq həqiqətən də çətin olur”, - o bildirib.
F.Hüseynəliyev, həmçinin vurğulayıb ki, peşəkar jurnalistlər dezinformasiyanı operativ şəkildə aşkar etmək qabiliyyətinə malikdirlər: "Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanması üçün ixtisaslaşmış media məktəbləri fəaliyyət göstərir. Məsələn, bunların arasında Report Media Məktəbi xüsusi yer tutur".
Panelin moderatoru, "Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov, F.Hüseynəliyevin sosial şəbəkələrin dezinformasiyanın yayılmasına təsiri haqqında fikrini dəstəkləyərək, bu baxımdan əhalinin media savadlılığının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Paneldə çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, müasir insan böyük bir informasiya axınında yaşayır və bu təzahürün həm müsbət, həm də mənfi tərəfləri var:
"Çox vaxt müxtəlif media resurslarında bir-birinə zidd olan məlumatlar və ya saxta xəbərlər tapmaq mümkündür. Bu baxımdan, xəbərlərin istehlakının savadlı və şüurlu yanaşma tələb etdiyi aydındır, başqa sözlə, media savadlılığı lazımdır. Bu, təkcə müxtəlif informasiya mənbələri ilə işləyən biz jurnalistlərə deyil, həm də həqiqəti və yalanı, etibarlı məlumatı və feykləri ayırd etmək üçün sadə insanlara, media məzmununun istehlakçılarına da eyni dərəcədə lazımdır".
V.Əliyevin sözlərinə görə, media informasiya savadlılığı xəbər oxucularına mənbələrin etibarlılığını və dəqiqliyini qiymətləndirmək üçün alətlər verir: "Hazırkı informasiya məkanı şəraitində bu, xüsusi əhəmiyyət kəsb edir. Çünki böyük informasiya axınlarında düzgün istiqamətlənməyə imkan verir".
Öz növbəsində, Özbəkistanın Milli Kütləvi İnformasiya Vasitələrinin Dəstəklənməsi və İnkişafı İctimai Fondunun direktoru Jahongir Əzimov vətəndaşların informasiyanın yayılması üçün platformalar yaratdığını və bununla da ilk mənbəyə çevrildiyini qeyd edib. Bununla yanaşı, J.Əzimov, onların aşağı media savadlılığına diqqət çəkib. Bildirib ki, bu da verilən məlumatın dəqiqliyinə təsir göstərir.
“Özbəkistanın əsas vəzifəsi vətəndaşların dezinformasiya mənbəyinə çevrilməməsi üçün əhali arasında tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsidir. Həm jurnalistlər, həm də sadə insanlar hər kəsə təsir edən ümumi informasiya məkanında yerləşirlər. Buna görə də bu informasiya sahəsini əlverişli və sağlam etmək vacibdir”, - o vurğulayıb.
Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin Rəqəmsal Texnologiyaların İnkişafı və Media Təhsili üzrə şöbənin rəhbəri Tohir Umarov isə bildirib ki, media savadlılığı sadəcə xəbərləri oxumaq və faktları rəydən ayırmaq bacarığı deyil:
"Bu, mənbələri təhlil etmək, mesajların arxasında ola biləcək gizli motivləri başa düşmək və əldə edilmiş məlumatlar əsasında əsaslandırılmış qərarlar qəbul etmək bacarığıdır. Müasir rəqəmsal dünyada əhali böyük həcmdə məlumatlarla qarşılaşır. Bizim gələcəyimiz insanların məhz onunla necə qarşılıqlı əlaqə quracağından asılıdır".



alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />