Daşkənddə dezinformasiya ilə mübarizə üçün cəmiyyətin məlumatlandırılmasının vacibliyi müzakirə edilib
Dezinformasiya ilə əsas mübarizə üsullarından biri ictimaiyyətin məlumatlandırılmasıdır və bununla əlaqədar Özbəkistanda Azərbaycan, Azərbaycanda isə Özbəkistan haqqında daha çox məlumatlı olmalıdırlar.
“Report” xəbər verir ki, bunu Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda panel müzakirəsi zamanı deyib.
"On il əvvəl biz bir-birimiz haqqında demək olar ki, heç nə bilmirdik. Bu gün vəziyyət, əlbəttə ki, dəyişir və bu, ilk növbədə, ölkələrimizin liderlərinin qarşılıqlı münasibətləri ilə bağlıdır", - o bildirib.
Sədr qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında sıx əlaqələr iki xalqın yaxınlaşmasına töhfə verir.
Öz növbəsində, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Beynəlxalq münasibətlər şöbəsinin müdiri Nigar Hüseynova vurğulayıb ki, beynəlxalq nüfuzları artdıqca Azərbaycan və Özbəkistan dezinformasiya hücumları ilə daha çox üzləşir. Məqsəd isə ictimaiyyəti çaşdırmaq və informasiya məkanını çirkləndirməkdir.
O, həmçinin vurğulayıb ki, Bakı və Daşkənd əməkdaşlığı daha da genişləndirmək və birgə layihələrin, o cümlədən dezinformasiya ilə mübarizə sahəsində layihələrin sayını artırmaq üçün böyük potensiala malikdir.
Oxşar xəbərlər
Əhməd İsmayılov: Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər görülür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Həsənov: Media sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas komponentdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Özbəkistan Media Forumunda dezinformasiyaya qarşı birgə mübarizə imkanları müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: İlham Əliyev dezinformasiya hücumlarının qabaqlanmasında medianın rolunu daim yüksək qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












