Sizinxeber.az » Media » Dövlət Komitəsi İsmayıllıda jurnalistlər və sosial media blogerləri üçün təlim proqramı keçirib

Dövlət Komitəsi İsmayıllıda jurnalistlər və sosial media blogerləri üçün təlim proqramı keçirib

  • 20-09-2024, 05:30
  • Media
  • 0
  • 998

İsmayıllı rayonunda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə üçgünlük təlim proqramı keçirilib.

"Report"un İsmayıllıya ezam olunmuş müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən təlimlər sentyabrın 17-19-nu əhatə edib.

Təlimin ilk günündə Dövlət Komitəsinin əməkdaşı Sevil Rəsulzadə açılış nitqi ilə çıxış edərək, iştirakçılara media ilə əməkdaşlıq istiqamətində təşkil olunan tədbirləri diqqətə çatdırıb. O qeyd edib ki, maarifləndirici təlimlər "2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası"nın tədbirlər planı çərçivəsində keçirilir və məqsəd jurnalistlərin, eləcə də blogerlərin ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informasiyanın yayımlanmasında həssaslığın artırılmasıdır.

Qurumun Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə isə "Ailə, qadın və uşaq məsələlərinə hüquqi yanaşma: media müstəvisində" mövzusu üzrə çıxış edərək, məişət zorakılığı və gender əsaslı zorakılıq halları ilə mübarizə istiqamətində mövcud qanunvericilik, həmçinin media nümayəndələrinin üzərinə düşən öhdəlikləri diqqətə çatdırıb. O, məlumatlar işıqlandırılarkən cinsi ayrı-seçkiliyə yol verilməməsi, balans, dəqiqlik, mənbə müxtəlifliyi kimi prinsiplərə diqqətlə yanaşmanın vacibliyini vurğulayıb.

Təlimin ikinci günündə "Medianın formalaşdırdığı ictimai düşüncə: qınaq və qərəz", həmçinin "Mediada psixoloji sağlamlıq: intihar və bənzərliklər" mövzularında təqdimatla çıxış edən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov intihar düşüncələrinin psixoloji köklərini anlamaq və onların müasir müalicə metodlarına dair məlumat verib. O qeyd edib ki, intihar xəbərlərinin geniş yayıldığı hallarda bir bölgədə ardıcıl intihar hadisələri müşahidə oluna bilər. Bu, "suicide clusters" adlanır və intihar hadisələrinin bir-birini təhrik etməsi nəticəsində yaranır.

Psixoloq bildirib ki, xüsusilə medianın məşhur şəxsiyyətlərin intiharlarını işıqlandırma tərzi, detalların geniş yayılması, intiharların artmasına səbəb ola bilər. Təlimdə müzakirələr zamanı vurğulanıb ki, media nümayəndələri tərəfindən məsuliyyətli xəbər yayımı intihar hallarının azalmasına kömək edə bilər.

Təlim müddətində İsmayıllı rayonunda fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə regional mərkəzə mediatur da təşkil edilib. Jurnalistlər və blogerlər mərkəzdə yaradılan şəraitlə tanış olublar, ətraflı məlumat alıblar.

Təlimin sonuncu günü isə gender və uşaq məsələləri üzrə ekspert, hüquqşünas Abil Bayramov isə "Genderlə bağlı beynəlxalq və milli qanunvericilik", həmçinin "Məişət zorakılığı və onun qarşısının alınmasında medianın rolu" mövzularına toxunub, interaktiv, maarifləndirici nümunələrlə iştirakçılara problemin mahiyyətini izah edib. O, qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prinsipləri, media vasitəsilə gender stereotipləri və məişət zorakılığı ilə halları ilə bağlı informasiya hazırlayarkən jurnalistlərin etik davranış qaydaları, həssas qruplarla ünsiyyət və müsahibə aparılması qaydaları barəsində məlumat verib, sualları cavablandırıb.

Sonda Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək, media nümayəndələrini və sosial media fəallarını gender problemlərinin həlli, zorakılığa qarşı mübarizə, qadın və uşaq hüquqlarının qorunması, Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi istiqamətində görülən işlərdə birgə əməkdaşlığa səsləyib.

Təlimin yekununda iştirakçılara sertifikatlar verilib.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib