

MSK və Dövlət Komitəsi Milli Məclisə seçkilərdə qadınların fəallığına dair müzakirə təşkil edib
Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan layihə reallaşdırılıb.
Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.
Sizinxeber.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında gerçəkləşdirilən layihə cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri günbəgün güclənən Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanların müzakirəsinə həsr olunub.
Tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması və fəallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Dəyirmi masa qadınların seçkilərdə iştirakı ilə bağlı müxtəlif mövzular ətrafında geniş müzakirələrdən və meydana çıxan suallar cavablandırıldıqdan sonra öz işini yekunlaşdırıb.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb
Naxçıvanda seçki hüququ ilə bağlı seminar keçirilib
YAP Mərkəzi Aparatında növbədənkənar seçkilərlə əlaqədar müşavirə keçirilib
YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib
XI Qlobal Bakı Forumu başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
