Sizinxeber.az » Media » Əzizə İsmayılova: Jurnalist olacaqsınızsa, ilk işiniz tanınmaq olmalıdır

Əzizə İsmayılova: Jurnalist olacaqsınızsa, ilk işiniz tanınmaq olmalıdır

  • 7-08-2024, 17:00
  • Media
  • 0
  • 1 763

Əgər siz jurnalist olacaqsınızsa, ilk işiniz tanınmaq olmalıdır.

“Sizinxeber.az” xəbər verir ki, bu sözləri radioaparıcı, tanınmış bloqçu, Oxu az. saytının əməkdaşı Əzizə İsmayılova Sizinxeber.az Media Məktəbinin tələbələri ilə görüşdə deyib.

Ə.İsmayılova bildirib ki, jurnalistin imza olaraq tanınması çox yaxşıdır:

"Sizi əvvəlcə şəxsiyyət kimi qəbul etməli, imzanıza hörmətlə yanaşmalıdırlar. Elə deyilsə, bu sahədə uğurunuz olmayacaq. Jurnalist lazım olduğu an işinin başında olmalıdır. Bu, bizim peşədə çox önəmlidir”.

Jurnalist qeyd edib ki, informasiya ilə ehtiyatlı davranmaq lazımdır:

“Zənn edin ki, sizin əlinizdə silah var. Ondan yanlış istifadə etsəniz, özünüzü də, başqalarını da məhv edərsiniz. İnformasiya silahdan da təhlükəlidir. Biz jurnalist olaraq xəbəri hərtərəfli görməyi bacarmalıyıq”.

Bloqçu tələbələrə sosial mediada doğru paylaşım etməyin yollarından da danışıb:

“İnsanın məşhurluğu heç də qazanc üçün deyil. Reytinqi reklama, pula satmaq uğursuz mübadilədir. İtirilən etibarı heç bir məbləğlə geri qaytarmaq mümkün deyil. Sosial şəbəkədə informasiyaya xüsusən diqqət etmək lazımdır. Xəbər dəqiq, ətraflı deyilməli, auditoriyanı düzgün istiqamətə aparmalıdır”.

Qeyd edək ki, Ə.İsmayılova Oğuz rayonunda anadan olub. 2000-2009-cu illərdə Slavyan Universitetinin Regionşünaslıq və tərcümə fakültəsində təhsil alıb. Həmin universitetin bakalavr, magistr və aspirantura təhsilini fərqlənmə ilə bitirib.

2009-cu ildə "ANS ÇM" radiosunda fəaliyyətə başlayıb. 2010-cu ildən başlayaraq 13 il “Antenn” (Enerji) FM radiosunda işləyib. 2024-cü il yanvar ayının 1-dən Oxu.az saytında çalışır.

Sosial şəbəkələrdə 1 milyona yaxın izləyicisi var.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !