Mixail Qusman: Blogerləri jurnalist saymıram
İnformasiya müharibələri silahlı müharibələrdən fərqli olaraq heç vaxt dayanmır və daha geniş yayılır.
APA xəbər verir ki, bunu TASS İnformasiya Agentliyinin baş direktoru Mixail Qusman bunu Şuşada II Qlobal Media Forumu çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın Əhatə dairəsini müəyyənləşdirmək" mövzusunda paneldə deyib.
Mixail Qusman bildirib ki, peşəkar informasiya blogerlərin məlumatlarından fərqlənir: “Biz peşəkar jurnalistlər olaraq dezinformasiyanın anlayışını bilməliyik. Dezinformasiyalar siyasi olmaqla yanaşı, kommersiya məqsədilə də istifadə olunur. Bu üsuldan həm ayrı-ayrı siyasi qüvvələrə, həm də dövlətlərə qarşı istifadə olunur. Bu amilin günümüzdə daha geniş yayılması həmçinin texnologiyanın inkişafı ilə də əlaqədardır. Burada cəmiyyətin bütün bu amillərə hazır olmaması da mühüm rol oynayır. Peşəkar informasiya hər zaman blogerlərin sosial şəbəkələrdə yaydığı məlumatlardan fərqlənir. Mən blogerləri jurnalist saymıram. Çünki istənilən peşə sahibi ilk növbədə təhsil almalı və bu peşənin məsuliyyətini dərk etməlidir. Mənim təmsil etdiyim agentliyin yaranmasının bu yaxınlarda 120 iliyi tamam olacaq. Onu bu müddətdə ayaqda saxlayan məhz peşəkar yanaşmadır. Çünki TASS-da qeyri-dəqiq məlumatın yayılması mümkün deyil".
Oxşar xəbərlər
Cəfər Hasnain: II Qarabağ müharibəsi dövründə aparıcı informasiya agentlikləri Azərbaycana qərəzli yanaşırdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












