Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib
Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.
"Sizinxeber.az" xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada portalı vasitəsilə Agentliyə təqdim edilir.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3 min manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6) ay müddətində qüvvədə olur.
Qeyd edək ki, müsabiqəyə mayın 13-ü saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə ətraflı tanış ola bilərsiniz.
Oxşar xəbərlər
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edilib
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib
Agentliyin media savadlılığı ilə bağlı onlayn kursu istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













