MEDİA-nın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan tədbir keçirilib
sizinxeber.az xəbər saytı

MEDİA-nın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan tədbir keçirilib


22 iyul 2025-ci il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Sizinxeber.az xəbər verir ki, media, dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yubiley tədbiri Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 İyul – Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanladığı təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Tədbirdə bir qisim media nümayəndəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunub, yaxın zamanda digər təltif olunan şəxslərə də yubiley medallarının təqdim ediləcəyi barədə məlumat verilib.

Tədbir çərçivəsində “Əkinçi” qəzetindən başlayaraq bu günə qədər medianın inkişaf mərhələləri, tarixi dönüş nöqtələri və gələcək perspektivlərini əhatə edən Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Yubiley tədbiri zəngin bədii hissə ilə davam etdirilib.

Oxşar xəbərlər

Bir sıra media nümayəndələri Azərbaycan Milli Mətbuatının 150 ilik yubiley medalı ilə təltif ediliblər - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi media nümayəndələrinə “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təqdim olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda media nümayəndələri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər