Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq xiyabanı salınıb
Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq xiyabanının açılışı olub.
Diaporla İş Üzrə Dövlət Komitəsindən “Report”a verilən xəbərə görə, xiyaban Moldova Azərbaycanlıları Konqresi (MAK) ictimai təşkilatının təşəbbüsü, Azərbaycanın Moldovadakı Səfirliyi və Kişineu Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində salınıb.
Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, Moldova parlamentinin üzvü və Moldova-Azərbaycan parlament dostluq qrupunun sədri Vitaliy Jakot, Moldovanın Ekologiya Nazirliyinin dövlət katibi Georqe Xadcer, Kişineunun vitse-prezidenti İrina Qutnik, MAK-ın sədri Elçin Bayramov və təşkilatın nümayəndələri eləcə də bələdiyyə nümayəndəsi Dmitri Gorelko iştirak edib.
Açılış nitqi ilə çıxış edən Elçin Bayramov, eləcə də digər iştirakçılar Azərbaycan və Moldova arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əhəmiyyətindən danışıb.
Həmçinin qeyd olunub ki, bu cür aksiya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) ilhamlanaraq həyata keçirilib.
Oxşar xəbərlər
Moldova rusiyalı diplomatı ölkədən çıxarır - YENİLƏNİB
Rusiya XİN: Moldova səfirinə qeyri-dost addımlarla bağlı etiraz edilib
Moldova Aİ-yə üzvlüyün texniki mərhələsinə başlayıb
Azərbaycan lideri Maya Sandunu yenidən Moldova Prezidenti seçilməsi münasibətilə təbrik edib
Moldova parlamentində axtarış aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












