Naxçıvanda "Şərqin qapısı" Teatr Festivalı keçiriləcək
Naxçıvan şəhərində "Şərqin qapısı" Teatr Festivalı təşkil olunacaq.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin dəstəyi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə mayın 8–11-də "Şərqin qapısı" Teatr Festivalı keçiriləcək.
Festivalın keçirilməsində məqsəd ölkənin teatr mühitində yaradıcılıq mübadiləsini genişləndirmək, sənətkarlar arasında əməkdaşlığı gücləndirmək və tamaşaçılara zəngin səhnə nümunələri təqdim etməkdir.
Festivalın açılış mərasimi mayın 8-də olacaq. Həmin gün Azərbaycan Dövlət Pantomima Teatrının iştirakı ilə tədbirlər davam edəcək, saat 19:00-da isə Nikolay Qoqolun "Şinel" əsəri əsasında hazırlanan tamaşa nümayiş olunacaq.
Mayın 9-da festival çərçivəsində "Pantomima: aktyor sənətinin tərkib hissəsi kimi" mövzusunda ustad dərsi keçiriləcək.
Axşam saatlarında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının təqdimatında Mirzə Fətəli Axundovun "Müsyö Jordan" tamaşası rus dilində səhnələşdiriləcək.
Mayın 10-da türkiyəli sənətçi-yazar Mehmet Ümit Görgülü tərəfindən ustad dərsi keçiriləcək. Həmin gün sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun iştirakı ilə "Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr" mövzusunda müzakirə baş tutacaq. Günün sonunda Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Hüseyn Cavidin "Ana" tamaşası təqdim olunacaq.
Festivalın bağlanış mərasimi 11 may saat 17:00-da keçiriləcək.
Oxşar xəbərlər
Naxçıvanda “Göycə” festivalı keçiriləcək
Azərbaycanda teatrlar ildə nə qədər tamaşa səhnələşdirirlər? – Siyahı
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
