Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
Şəki Dövlət Dram Teatrında IV Şəki Beynəlxalq Teatr Festivalının açılışı keçirilib.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub. Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri də iştirak edirlər.
Ölkəmiz bu festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı ilə təmsil olunur. Festivalın təntənəli açılış mərasimində təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr xadimləri, həmçinin şəkili teatrsevərlər iştirak ediblər. Mərasimdən əvvəl festival iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra tədbir iştirakçıları teatrın foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Şəki teatrının fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Açılış mərasimində çıxışlarda qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal bir məkandır.
Sonra Şəki Dövlət Dram Teatrının Vilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinovadır. Rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev və digərləri ifa ediblər.
Tamaşada Orta əsrlərdə İtaliyada zadəgan ailələr, əyanlar və onların başına gələn romantik hadisələrdən bəhs edilir. Səhnə əsərinin nümayişindən sonra teatrın yaradıcı kollektivinə xatirə hədiyyələri təqdim olunub.
Xatırladaq ki, IV Beynəlxalq Teatr Festivalı dekabrın 5-dək davam edəcək.
Oxşar xəbərlər
Gəncə Dövlət Milli Dram Teatrı Portuqaliyada tamaşa nümayiş etdirib
Gəncədə Dövlət Milli Dram Teatrı Portuqaliyada tamaşa nümayiş etdirib
Gəncə teatrı Portuqaliyada beynəlxalq mükafata layiq görülüb
Niyazi Bayramov Gəncə Dövlət Milli Dram Teatrının əməkdaşları ilə görüşüb
Akademik Rus Dram Teatrı Şəkidə qastrolda olub - FOTOLENT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib
-
Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"
-
Şoltz Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib
-
Tramp ABŞ-da TikTok-a qadağanı təxirə salacaq
-
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
-
Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan 2 şəxsi Türkiyəyə ekstradisiya edib