AMB iyunda valyuta bazarına 394 milyon dollarlıq alışyönlü müdaxilə edib
Bu ilin iyununda Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında 394 milyon ABŞ dolları məbləğində alışyönlü əməliyyat aparıb.
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, tədiyə balansının cari əməliyyat balansında profisitin artması və maliyyə sektorunda de-dollarlaşma prosesinin getməsi şəraitində valyuta bazarında təklifin tələbi üstələməsi meyili davam edir. Bu proses həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunur.
Xatırladaq ki, aprel ayında Mərkəzi Bankın alış yönlü müdaxiləsi 1 milyard ABŞ dolları həcmində olub. Nəticədə, valyuta bazarında həyata keçirilən əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər nəticəsində iyun ayında Mərkəzi Bankın valyuta ehtiyatları 445 milyon ABŞ dolları, ilin əvvəlindən isə 1,64 milyard ABŞ dolları artıb.
Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin 2026-cı ilin qalan dövründə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq.
Oxşar xəbərlər
AMB valyuta bazarına satışyönlü müdaxilə edib
AMB: Valyuta bazarında təklif tələbi üstələyir
Son 1 ildə Azərbaycanın valyuta ehtiyatları 16 %-ə yaxın artıb
“S&P": AMB-nin valyuta ehtiyatları gələn il 150 milyon dollar artacaq
Mərkəzi Bank bu il də valyuta bazarında sabitliyin təmin ediləcəyini proqnozlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
