Mərkəzi Bank "Azərikard"ın lisenziyasını məhdudlaşdırdı
"Azərikard" MMC fəaliyyətini ödəniş sisteminin operatoru və ödəniş təşkilatı kimi davam etdirəcək.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, "Azərikard" MMC-yə (Təşkilat) "ödəniş sisteminin operatoru" fəaliyyətinin göstərilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 12 sentyabr 2024-cü il tarixində ÖSO-001 nömrəli, "ödəniş əməliyyatının ekvarinqi" və "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası" fəaliyyətinin göstərilməsi üçün isə Mərkəzi Bank tərəfindən 12 sentyabr 2024-cü il tarixində EPT-011 nömrəli lisenziyalar verilib.
Təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 8 oktyabr 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası" üzrə ödəniş xidməti ləğv edilib.
Bununla da Təşkilat fəaliyyətini elektron pul təşkilatı kimi deyil, ödəniş təşkilatı və ödəniş sisteminin operatoru olaraq davam etdirəcək.
Oxşar xəbərlər
"Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” dəyişib
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib
Azərbaycan Mərkəzi Bankı “Algoritma”ya lisenziya verib
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu ailələr yeni mənzillərlə təmin olunacaq
-
Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
-
Vəfat etmiş şəxsin pensiya kapitalı vərəsələrinə veriləcək? - AÇIQLAMA
-
Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? VİDEO












