Azərbaycan əhalisinin banklarda olan əmanətləri 9 % artıb
Bu ilin iyulun 1-nə Azərbaycan banklarının depozit portfeli 42 milyard 954 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 % az, ilin əvvəlinə nisbətən 6,7 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12,4 % çoxdur.
Bunun 56,6 %-i, yaxud 24 milyard 313,7 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 15,5 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 8,9 % artaraq 15 milyard 437 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 7,5 % artaraq 3 milyard 203,3 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 514,4 milyon manatı (il ərzində 2,1 % artıb) qısamüddətli, 19 milyard 439,6 milyon manatı (+28 %) isə uzunmüddətli olub.
Oxşar xəbərlər
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 7 % artıb
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 15 %-dən çox artıb
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 9 %-ə yaxın artıb
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu ilk dəfə 30 milyard manatı ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
