Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 15 %-dən çox artıb
Bu ilin iyunun 1-nə Azərbaycan banklarının depozit portfeli 43 milyard 207,1 milyon manat təşkil edib.
“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4,3 %, ilin əvvəlinə nisbətən 7,3 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 15,3 % çoxdur.
Bunun 57,5 %-i, yaxud 24 milyard 838,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 17,4 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 10,1 % artaraq 15 milyard 063 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 25,7 % artaraq 3 milyard 305,2 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 24 milyard 527,3 milyon manatı (il ərzində 8,7 % artıb) qısamüddətli, 18 milyard 679,8 milyon manatı (+25,3 %) isə uzunmüddətli olub.
Oxşar xəbərlər
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 7 % artıb
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 9 %-ə yaxın artıb
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu ilk dəfə 30 milyard manatı ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
