Birbank və AZAL-dan sərhədsiz səyahət imkanı
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə maliyyə azadlığı yaradaraq onlara yeni fürsətlər təqdim edir. Belə ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL-la əməkdaşlıq çərçivəsində Birbank taksit kartı sahibləri səyahətlərini arzuladıqları kimi planlamaq fürsəti qazanırlar. Artıq Birbank taksit kartına sahib olan hər kəs biletlərini 6 ayadək faizsiz taksitlə əldə edə bilər.
Bunun üçün müştərilər AZAL-ın rəsmi internet saytı və ya mobil tətbiqdən uçuş biletini seçdikdən sonra ödəniş hissəsinə keçməli, taksitli ödənişi seçərək uyğun taksit müddətini təyin etməli və prosesi yekunlaşdırmalıdırlar. 50-dən çox beynəlxalq istiqamətdə səyahət Birbank taksit kartı ilə indi daha sərfəlidir. Bu kampaniya yox, müştərilərə daimi təqdim edilən unikal fürsətdir.
Ətraflı məlumat üçün:
Bu yenilik səyahət etməyi sevən müştərilərə rahat və əlçatan şərtlər təklif edərək həm daxili, həm də beynəlxalq uçuşları daha əlverişli edir. Layihənin məqsədi müştərilərin ehtiyaclarını nəzərə alaraq onların gündəlik həyatını asanlaşdırmaq və maliyyə rahatlığını təmin etməkdir.
Birbank kartı haqqında ətraflı məlumat üçün saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
Oxşar xəbərlər
Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanı
Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir
"Rabitəbank"dan yenilik, taksit funksiyalı "Kartmane" kartı
“Birbank” kartları ilə illik “Push30” abunəçilərinə 10% keşbek
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
