Azərbaycanda ötən il 4 685 ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub
sizinxeber.az xəbər saytı

Azərbaycanda ötən il 4 685 ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub


2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına müvəkkil banklar 439,8 milyon manat məbləğində 4 685 ipoteka krediti verilib.

"Sizinxeber.az" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bunun 357,7 milyon manat məbləğində 3 609-u adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1 076-sı isə güzəştli ipoteka krediti olub.

Ümumilikdə, 2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,3 milyard manatı keçib ki, bu da 52 530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb.

Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8% müəyyən olunmasına baxmayaraq, bir sıra banklar daha aşağı faiz dərəcələri ilə (6-7%) ipoteka kreditlərinin verilməsini davam etdirib. Nəticədə, 2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4% təşkil edib.

Azərbaycanda 2006-cı ildən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirilir.

Oxşar xəbərlər

2024-cü ildə 4685 ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub
İlin əvvəlindən İKZF-nin vəsaiti hesabına 365 mln. manatdan çox ipoteka krediti verilib
Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib
Azərbaycanda 10 ayda dövlət xətti ilə 383 milyon manat ipoteka krediti verilib
Azərbaycanda 7 ayda dövlət xəttilə 280 milyon manat ipoteka krediti verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər