Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikmək niyyətindədir


“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzinin layihəsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

E.Ağalarov və bir sıra digər iri investisiya şirkətləri Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini tikməyə hazır olduqlarını bildiriblər.

Məlumata görə, Mirziyoyev bu təklifi dəstəkləyib, mərkəzin qabaqcıl beynəlxalq təcrübə əsasında layihələndirilməsi və mərhələli şəkildə tikintisinin zəruriliyini qeyd edib. O, Baş nazirin rəhbərlik etdiyi komissiyanın yaradılması və layihənin həyata keçirilməsi üçün hüquqi bazanın hazırlanması, o cümlədən infrastruktur məsələlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlar verib.

Oxşar xəbərlər

Araz Ağalarov danışdı: “20 ildə belə bir şey olmamışdı”
Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub
Emin Ağalarov "Crocus" terrorundan zərərçəkənlərə yardım göstəriləcəyini deyib
Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub - FOTO
Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər