Yaponiya yaxın 2 ildə ADB-nin Direktorlar Şurasına sədrlik edəcək
sizinxeber.az xəbər saytı

Yaponiya yaxın 2 ildə ADB-nin Direktorlar Şurasına sədrlik edəcək


Yaponiya 2026-2027-ci illərdə Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasına sədrlik edəcək.

"Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Şuranın sədri, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ADB-nin 59-cu illik iclasının işgüzar sessiyasında bildirib.

"Yaponiyadan olan idarəedici 2026-2027-ci illər üçün Direktorlar Şurasının sədri, Almaniya və Timor-Leştidən olan idarəedicilər isə 60-cı illik toplantının başa çatmasına qədər olan müddətə onun müavinləri vəzifəsinə təsdiq olunur. Həmkarlarımı bu vəzifələrə təyinatları münasibətilə təbrik edirəm", - o vurğulayıb.

Yaponiyadan olan idarəedici ölkənin maliyyə naziri, maliyyə xidmətləri üzrə dövlət naziri, vergitutma və subsidiyalar sahəsində xüsusi tədbirlərin yenidən nəzərdən keçirilməsinə görə məsul olan nazir Satsuki Katayamadır. Almaniya üzrə bu vəzifələri Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Yohann Zaathoff, Timor-Leşti üzrə isə maliyyə naziri Santina Joze Rodriqes Ferreyra Vieqas Kardoso icra edir.

Oxşar xəbərlər

Yaponiya mineral xammal istehsalını maliyyələşdirməyə hazır olduğunu elan edib
ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib
Şavkat Mirziyoyev: "Özbəkistan kritik minerallar üzrə 1,6 milyard dollarlıq 70-dən çox layihənin icrasına başlayıb"
Şavkat Mirziyoyev ADB çərçivəsində süni intellekt üzrə xüsusi proqram yaradılmasını irəli sürüb
ADB: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 1,9 % artacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər