ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiyanın 2026-ci ildə 5,7 %-dək yüksələcəyini, 2027-ci ildə isə 4,9 %-dək azalacağını proqnozlaşdırır.
"Sizinxeber.az" Asiya İnkişaf Bankının "Asiyanın İnkişaf Perspektivləri" (ADO) adlı aprel icmalına istinadən xəbər verir ki, 2026-cı il üzrə proqnoz sentyabr qiymətləndirmələri ilə müqayisədə 2,2 faiz bəndi artırılıb. 2027-ci il üçün isə proqnoz açıqlanmamışdı.
"2026-cı ilin yanvarında yanacaq və 2025-ci ilin oktyabrında nəqliyyat xidmətləri qiymətlərinin artması müvəqqəti inflyasiya təzyiqləri formalaşdıracaq. Bu səbəbdən, inflyasiyanın 2026-ci ildə 5,7 %-dək yüksələcəyi və 2027-ci ildən etibarən neft qiymətlərinin azalması ilə 4,9 %-dək azalacağı proqnozlaşdırılır", - hesabatda qeyd olunub.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-lə müqayisədə 5,6 % təşkil edib.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (fevral 2026-cı il) əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 % olacaq.
BMT isə bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.
"Moody's" beynəlxalq reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda illik inflyasiyanı 2026-cı ildə 5 %, 2027-ci ildə isə 5,5 % səviyyəsində olacağını gözləyir.
Oxşar xəbərlər
AİB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb
ING bu il üçün Azərbaycanda inflyasiyanın proqnozunu yeniləyib
ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib
BMT: Azərbaycanda inflyasiya 2025-ci ildə 3,6 %, 2026-cı ildə 3,1 %-ə qədər azalacaq
IMF 2030-cu ilə qədər Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
