Yaponiya mineral xammal istehsalını maliyyələşdirməyə hazır olduğunu elan edib
sizinxeber.az xəbər saytı

Yaponiya mineral xammal istehsalını maliyyələşdirməyə hazır olduğunu elan edib


Yaponiya kritik əhəmiyyətli mineral xammal istehsalının tərəfdaşlıq maliyyələşdirilməsi mexanizmini (CMMFF) qətiyyətlə dəstəkləyir və 20 milyon ABŞ dolları məbləğində töhfə verəcək.

"Report"un Səmərqənddən xəbər verdiyi kimi, bunu Yaponiyanın AİB-dəki nümayəndəsi, maliyyə naziri, maliyyə xidmətləri üzrə dövlət naziri, Yaponiyanın vergitutma və subsidiyalar sahəsində xüsusi tədbirlərə yenidən baxılmasına nəzarət edən nazir Satsuki Katayama AİB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində CMMFF-nin işə salınmasına həsr olunmuş seminarda bildirib.

Onun sözlərinə görə, artan qlobal qeyri-müəyyənlik fonunda dayanıqlığın gücləndirilməsi Asiya-Sakit okean regionu üçün aktual vəzifəyə çevrilib.

"Bu kontekstdə kritik əhəmiyyətli mineral xammalın tədarük zəncirlərinin şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, istehsalçı ölkələrdə keyfiyyətli iş yerlərinin yaradılmasına, yüksək əlavə dəyərli sahələrin inkişafına və davamlı artıma təkan verməklə yanaşı, Yaponiya da daxil olmaqla, əsas ölkələr üçün tədarükün sabitliyini təmin edir. Bu səylərin təşviqində çoxtərəfli inkişaf bankları (ÇİB) həyati vacib rol oynayır", - nazir vurğulayıb.

O qeyd edib ki, inkişaf etməkdə olan üzv ölkələr üçün AİB-in dəstəyi ilə bu artım potensialını üzə çıxarmaq vacibdir.

"Bununla əlaqədar mən AİB tərəfindən CMMFF-nin işə salınmasını alqışlayıram. Yaponiya bu təşəbbüsü qətiyyətlə dəstəkləyir və 20 milyon ABŞ dolları məbləğində töhfə verəcək. Yaponiya ümid edir ki, digər həmfikir tərəfdaşlar da bu vacib başlanğıcda bizə qoşulacaqlar. Sonda mən səmimi qəlbdən ümid edirəm ki, bu tədbir kritik əhəmiyyətli xammal sahəsində beynəlxalq əməkdaşlığı nəzərəçarpacaq və uzunmüddətli nəticələrə çevirməyə kömək edəcək", - S. Katayama əlavə edib.

Oxşar xəbərlər

Masato Kanda: AİB yeni mexanizm işə salır
"Korea Eximbank": Biz "tam vaxtında" dövründən "hər ehtimala qarşı" dövrünə keçirik
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçir
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçib
Takaiçi: Yaponiya ASEAN ölkələrinə 10 milyard dollar maliyyə yardımı ayırmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər