"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib
"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2025-ci ili 2,588 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət 2024-cü ildən 1,297 milyon manat xalis mənfəətlə çıxmışdı.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il ASS-nin gəlirləri 29,287 milyon manat (əvvəlki ilə nisbətən 9,1 % çox), xərcləri 31,876 milyon manat (26,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə ASS-nin aktivləri 35,726 milyon manat olub ki, bu da illik müqayisədə 16,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 43,1 % artaraq 26,153 milyon manata, balans kapitalı isə 22,9 % azalaraq 9,573 milyon manata çatıb.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i "Anadolu İnvestment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.
Oxşar xəbərlər
"Meqa Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"Atəşgah Sığorta"nın xalis mənfəəti 2 dəfə azalıb
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
