"Meqa Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"Meqa Sığorta" ASC 2025-ci ili 3,222 milyon manat xalis mənfəətlə başa vurub.
"Sizinxeber.az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 18,3 % çoxdur.
Ötən il "Meqa Sığorta"nın gəlirləri 35,968 milyon manat (əvvəlki ilə nisbətən 1,3 % az), xərcləri 31,946 milyon manat (3,3 % az), mənfəət vergisi ödəmələri isə 800 min manat (17,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Meqa Sığorta"nın aktivləri 57,472 milyon manat olub ki, bu da illik müqayisədə 1,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,4 % artaraq 27,737 milyon manata, balans kapitalı isə 1,8 % artaraq 29,734 milyon manata çatıb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə ("Rabitəbank" ASC-nin 38,6 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.
Oxşar xəbərlər
"PAŞA Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"A-Qrup Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
"Atəşgah Sığorta"nın xalis mənfəəti 2 dəfə azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
