Astrofizika kafedrası: Mayın 14-dək meteor yağışı müşahidə olunacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2026
18:00
0
0
2 030
ff aaaaaaa

Astrofizika kafedrası: Mayın 14-dək meteor yağışı müşahidə olunacaq

07 may, 2026
18:00
2 030

Astrofizika kafedrası: Mayın 14-dək meteor yağışı müşahidə olunacaq

Səmada mayın 14-dək η-Lyrid meteor yağışı (Yer kürəsinin kosmosdakı komet qalıqlarından keçərkən səmada "axan ulduzlar" kimi görünən parlaq işıq izləri hadisəsi) müşahidə ediləcək.

Bu barədə "Sizinxeber.az"a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, ən yüksək aktivlik mayın 9-u saat 03:00 radələrində gözlənilir. Bu dövrdə Yer kosmosdakı komet mənşəli toz və daş hissəcikləri axınından keçəcək. Hissəciklər atmosferə yüksək sürətlə daxil olaraq parlaq meteor izləri yaradacaq.

Meteor yağışının radiantı Lir (Lyra) bürcündə yerləşir və mənbəyi C/1983 H1 (IRAS–Araki–Alcock) kometi ilə əlaqələndirilir. Bu komet Günəş ətrafında təxminən 970 illik dövrlə hərəkət edir və hər yaxınlaşma zamanı buraxdığı hissəciklər meteor yağışını formalaşdırır.

Meteorlar Yer atmosferinə təxminən 43 km/s sürətlə daxil olur. Bakıdan müşahidə zamanı radiant gecə boyu üfüqdən yuxarıda qalacaq. Ən əlverişli müşahidə vaxtı isə sübhə yaxın saatlar hesab olunur. Təxminən saat 05:00-da maksimum aktivlik gözlənilir.

Mütəxəssislərin sözlərinə görə, η-Lyrid güclü meteor yağışları sırasında olmasa da, qaranlıq səma şəraitində saatda bir neçə parlaq meteor müşahidə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul