CNN Ay ilə asteroidin mümkün toqquşmasının təhlükələri barədə məlumat verib
2024 YR4 asteroidinin Ay ilə toqquşması kosmik peyklər, astronavtlar və Yer peykindəki qurğular üçün təhlükə yaradır.
"Report"un məlumatına görə, bu barədə CNN telekanalı Qərbi Ontario Universitetinin astronomiya və fizika professoru Pol Vigertə istinadən məlumat yayıb.
"Toqquşma Ayda eni təxminən 1 km olan zərbə krateri yarada bilər. Bu, son 5 min ildə Ayla ən böyük toqquşma olacaq və 108 kiloqrama qədər ay daşları və tozu azad edə bilər. Cəmi 10 santimetr ölçüsündə olan qırıntılar Ayda ola biləcək hər hansı astronavt və ya onların tədqiqat və yaşayış üçün tikdikləri hər hansı qurğu üçün təhlükə yarada bilər", - deyə Vigert bildirib.
O qeyd edib ki, bu toqquşma Yer sakinləri üçün xüsusi təhlükə yaratmır. Lakin kosmosda naviqasiya və rabitəni təmin edən çoxlu peyk olduğundan, ay tozunun qırıntıları bu peyklərə zərər verə bilər. Vigert əlavə edib ki, toqquşma anı 2032-ci ilə təsadüf edir və insan onu adi gözlə görə biləcək.
Telekanalın məlumatına görə, əvvəlcə asteroid Yerə doğru hərəkət edirdi və 2032-ci ildə onun planetlə toqquşma ehtimalı yüksək idi. Lakin bu gün alimlər 2024 YR4-ün Yerdən uzaqlaşdığını müşahidə ediblər.
Oxşar xəbərlər
Futbol meydançası böyüklüyündə asteroidin Yerlə toqquşması ehtimalı yüksəlib
Azərbaycanda 9 ayda dəmiryol keçidlərində 16 toqquşma hadisəsi baş verib
"Azərbaycan Dəmir Yolları": 11 ayda 16 toqquşma hadisəsi baş verib
Aİ “Avropa kosmik qalxanı” yarada bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
