Sebastian Bekkasese: "İndi taleyimiz son oyundan asılıdır"
sizinxeber.az xəbər saytı

Sebastian Bekkasese: "İndi taleyimiz son oyundan asılıdır"


Ekvador millisinin DÇ-2026-dakı taleyi son oyundan asılıdır.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Sebastian Bekkasese Kurasao yığmasına qarşı mundialın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis heç-heçə bitən qarşılaşmanı şərh edib:

"Qələbə üçün kifayət qədər imkan yaratdıq, lakin son nöqtəni qoya bilmədik. İndi taleyimiz son oyundan asılıdır və Almaniya ilə görüşdə maksimum nəticə qazanmağa çalışacağıq. İnanırıq ki, şans bizim yanımızda olacaq".

Qeyd edək ki, Ekvador millisi Kurasao ilə 0:0 hesablı heç-heçə edib.

Oxşar xəbərlər

Ekvador millisinin baş məşqçisi: "Dünya çempionatında buraxılan kiçik səhvlər baha başa gəlir"
Dik Advokat: "Ekvador millisi ilə heç-heçə bizim üçün qələbə qədər dəyərlidir"
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
Dik Advokat: "Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək"
Portuqaliya millisinin baş məşqçisi: "Konqo ilə matçda hücumdakı kəskinliyimizi itirdik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər