İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb
sizinxeber.az xəbər saytı

İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Azərbaycanda internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin quraşdırdığı Ookla” şirkətinin 38 “Speedtest” serverində performans və əməliyyat göstəricilərində çatışmazlıqlar aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Bildirilir ki, həmin çatışmazlıqlara şəbəkəyə bağlantı sürətinin, operativ yaddaş tutumunun çox aşağı olması, server proqram təminatının köhnəliyi, SSL sertifikatlarının yenilənməməsi daxildir. Bu hallar abunəçilər tərəfindən internet sürətinin ölçmələri zamanı reallığı əks etdirməyən ölçmə nəticələrinə səbəb olub.

Qısa müddət ərzində tənzimləyici qurumun dəstəyi və profilaktik tədbirlər vasitəsilə performans və əməliyyat göstəricilərindəki boşluq və çatışmazlıqların aradan qaldırılmasına nail olunub.

Xatırladaq ki, İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Oxşar xəbərlər

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən ili zərərlə başa vurub
İKTA: Operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq
İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib
Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər