İKTA: Azərbaycanda internetin sürəti zəif deyil
sizinxeber.az xəbər saytı

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil


Azərbaycanda internetin sürəti zəif deyil.

“Sizinxeber.az” xəbər verir ki, bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son 3 ildə ölkə üzrə internet sürəti üç dəfə artıb: “Əvvəlki dövrlərlə müqayisə etsəniz, internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər görə bilərsiniz. Ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir. Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm".

O bildirib ki, Azərbaycanda internetin sürətinin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ya Şərqi Asiya ölkələri – Koreya, Sinqapur kimi bu sahədə irəli gedən ölkələrdən aşağı olmasının tarixi səbəbləri var. Ancaq o, bu tarixi səbəbləri açıqlamayıb.

Oxşar xəbərlər

Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb
Rəşad Nəbiyev: "Bu il Azərbaycanda internetin orta sürətinin 80 Mbps-ni ötəcəyini düşünürük"
Agentlik: İnternetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur
Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər