“Azərkosmos”un ixrac gəlirləri 15 % azalıb
Bu ilin yanvar-mart aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 14,9 % azdır.
3 ayda peyk telekommunikasiya xidmətlərini 39 ölkədən 100-ə yaxın şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 8 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (1 milyon ABŞ dolları), Lüksemburq (890,3 min ABŞ dolları), Nigeriya (213,4 min ABŞ dolları), Misir (179 min ABŞ dolları) və Pakistan (174 min ABŞ dolları) olub.
Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 78 %-dən 65 %-ə düşüb.
Təkcə martda isə “Azərkosmos” 1,3 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 23,5 % azdır.
Oxşar xəbərlər
“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb
“Azərkosmos”un ixrac gəlirləri 7 %-ə yaxın azalıb
“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı artıb
“Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin sayı artıb
"Azərkosmos"un ixrac gəlirləri 3,5% azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













