Azərbaycanda süni intellektin inkişaf istiqamətləri formalaşdırılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
okt
2024
15:00

Azərbaycanda süni intellektin inkişaf istiqamətləri formalaşdırılacaq

11 okt, 2024
15:00
866

Azərbaycanda süni intellektin inkişaf istiqamətləri formalaşdırılacaq

Azərbaycanda hazırlanan süni intellekt strategiyası bu istiqamətin necə inkişaf etdirilməsi yollarını formalaşdıracaq.

"Report" xəbər verirki, bunu "AzIntelecom" MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitinin ikinci günündə bildirib.

O qeyd edib ki, normativ baza olmadan texnologiyanın inkişafı müəyyən mərhələlərdə ciddi çətinliklə üzləşir: "Buna görə də, texnologiyanın inkişafını dəstəkləyən tənzimləyici baza vacibdir. Həmçinin texnologiyanın inkişafı üçün lazımi infrastruktur təmin edilməlidir. Çünki infrastruktur olmadan yeni texnologiyaların tətbiqi və istifadəsi çətin olur".

E.Əzizov əlavə edib ki, bu strategiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumları ilə birgə hazırlanır.

Bizimlə əlaqə saxlayın