Ukraynanın enerji infrastrukturunun bərpasında Azərbaycan şirkətlərinin iştirakı müzakirə olunub
sizinxeber.az xəbər saytı

Ukraynanın enerji infrastrukturunun bərpasında Azərbaycan şirkətlərinin iştirakı müzakirə olunub


Rusiyanın hücumları nəticəsində zədələnmiş Ukraynanın enerji infrastrukturunun bərpasında Azərbaycan şirkətlərinin iştirakı müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal Kiyevdə deputat Əlibala Məhərrəmzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşün yekunlarına dair "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Rusiyanın hücumları nəticəsində zədələnmiş Ukraynanın enerji infrastrukturunun bərpasında Azərbaycan şirkətlərinin iştirakını müzakirə etdik. Biz birgə layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazırıq", - o qeyd edib.

D.Şmıqalın sözlərinə görə, tərəflər həmçinin ikitərəfli razılaşmaların, o cümlədən energetika sahəsindəki razılaşmaların icrasını nəzərdən keçiriblər.

Nazir Ukraynaya göstərilən humanitar yardıma, o cümlədən avadanlıqlar, xüsusilə də transformatorların verilməsinə görə Azərbaycana minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu, Ukraynanın enerji sisteminin dayanıqlığını artırmağa kömək edir.

D.Şmıqal ayrıca vurğulayıb ki, Kiyev və Bakı müharibədə həlak olmuş ukraynalı energetiklərin uşaqlarının Azərbaycanda reabilitasiyası üzrə humanitar təşəbbüs üzərində işləyirlər.

Oxşar xəbərlər

Qrossi: Ukraynanın energetika naziri ilə enerji infrastrukturunun bərpasını müzakirə etdik
Azərbaycanın enerji infrastrukturunun qurulmasında Çin şirkətlərinin iştirakı müzakirə edilib
Şmıqal və Rayt Ukraynanın enerji resurslarının hasılatını artırmağı müzakirə edib
"Enerji Ramştaynı" iclasından sonra Ukraynaya ən azı 375 milyon avro ayrılacaq
Denis Şmıqal Ukraynanın enerji dayanıqlığına verdiyi xüsusi töhfəyə görə Azərbaycana minnətdarlığını bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər