Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir.
Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, plana uyğun olaraq general-leytenant N.İslamzadə “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, şəxsi heyətlə görüşüb.
Azərbaycan heyətinin rəhbəri polkovnik Zaur Məmmədov təlimin gedişi və şəxsi heyət qarşısında qoyulan tapşırıqlar barədə HHQ komandanına məruzə edib.
Təlimdə şəxsi heyətin nümayiş etdirdiyi peşəkarlıq nazir müavini tərəfindən yüksək qiymətləndirilib.
Sonra general-leytenant Namiq İslamzadə və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu arasında görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə keçirilən təlimlərin əhəmiyyəti və qarşılıqlı təcrübə mübadiləsi xüsusi vurğulanıb.
Hər iki ölkənin Hərbi Hava Qüvvələrinin komandanları təlim fəaliyyətlərini havadan izlədikdən sonra təlim çərçivəsində təşkil olunan sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.
Oxşar xəbərlər
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, əməkdaşlığa dair müqavilələr imzalanıb - VİDEO
Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib
Azərbaycan Ordusunun hərbçiləri Pakistanda keçirilən kursda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
