Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
Avropa Komissiyası Ermənistandan ixrac olunan bir sıra məhsullara münasibətdə muxtar ticarət tədbirlərinin tətbiqi barədə qərar qəbul edib.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, təşəbbüs Ermənistanın potensial ixracının təxminən 80 faizini əhatə edəcək və məhsulların bir hissəsinin Avropa İttifaqına gömrük rüsumu olmadan ixracına imkan verəcək.
"Rüsumsuz ixrac rejimi kənd təsərrüfatı məhsullarının təxminən 99 faizinə, həmçinin alkoqollu və alkoqolsuz içkilərin təxminən 90 faizinə şamil olunacaq. Məhsulların yekun siyahısı hələ dəqiqləşdiriləcək", – Paşinyan deyib.
Baş nazir qeyd edib ki, qərarın qüvvəyə minməsi üçün onu Avropa İttifaqına üzv dövlətlər təsdiqləməli, həmçinin Avropa Parlamenti müvafiq qərar qəbul etməlidir və bu proses müəyyən vaxt aparacaq.
"Siyasi səviyyədə məsələ prinsip etibarilə həll olunub. İndi isə yaradılmış imkanlardan maksimum yararlanmaq üçün özəl sektorla işləmək lazımdır", – Paşinyan əlavə edib.
Oxşar xəbərlər
Fon der Lyayen: Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq
Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir
Paşinyan Brüsseldə Aİ liderləri ilə görüşüb
Paşinyan: Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi qadağa siyasi təzyiqdir
Zaur Əliyev: Aqrar və qida məhsulları ixracının 2030-cu ilədək 2 mlrd. dollara çatdırılması hədəflənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
