Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə peyki türk dövlətlərinin kosmik sahədə əməkdaşlığının flaqmanı ola bilər
Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə hazırladığı kub peyk gələcəkdə Türk Dövlətləri Təşkilatının (TDT) digər üzv və müşahidəçi dövlətlərində maraq yarada bilər.
“Report” xəbər verir ki, bunu TDT-nin baş katibi Kubanıçbek Omuraliyev Bakıda keçirilən TDT ölkələrinin kosmik agentliklərinin 4-cü görüşündə bildirib.
Onun sözlərinə görə, birgə “CubeSat” peykinin (Kub peyk) yaradılması layihəsi kosmik sahədə əməkdaşlığın əsas istiqamətinə çevrilib: "Təşəbbüsün birinci görüşdə təqdimatından etibarən layihə davamlı və ardıcıl şəkildə inkişaf edir".
K. Omuraliyev bildirib ki, Daşkənddə keçirilən ikinci görüşdə tərəflər layihəyə dəstəklərini təsdiqləyib və hər iştirakçı və müşahidəçi ölkədən iki texniki ekspert və bir texniki menecerdən ibarət Rəhbər Komitənin yaradılması barədə razılığa gəliblər: “Müzakirələr 2023-cü il oktyabrın 4-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilən üçüncü işçi görüşündə, həmçinin oktyabrın 26-da ekspertlərin onlayn görüşündə davam etdirilib. 2024-cü il iyulun 9-10-da Astanada keçirilən beşinci görüşdə peykin növbəti inkişaf mərhələsinin ümumi yol xəritəsi üzrə konsensusa nail olunub. Bu gün biz nümayəndə heyətlərinin bu flaqman layihənin cari statusu haqqında məruzələrini gözləyirik. Katiblik əmindir ki, növbəti mərhələlərdə təşəbbüs TDT-nin üzvü olan digər ölkələrin də marağına səbəb olacaq. Hələlik isə artıq cəlb olunmuş iştirakçılarla işi davam etdiririk".
Oxşar xəbərlər
Azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq
TDT-nin Baş katibi: Təşkilatın əhatə dairəsi getdikcə genişlənir
Baş katib: TDT-nin əhatə dairəsi getdikcə genişlənir
Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir
Yusuf Kıraç: "Azərbaycan və Türkiyə peyklərindəki datalar iki ölkə üçün faydalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












