TDT-nin Baş katibi: Təşkilatın əhatə dairəsi getdikcə genişlənir
Türk Dövlətləri Təşkilatının (TDT) əhatə dairəsi getdikcə genişlənir.
“Report” xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömuralıyev Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumu çərçivəsində Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşündə deyib.
O bildirib ki, təşkilat Avropa və Asiyanı əhatə edən üzv və müşahidəçi ölkələri birləşdirən çoxtərəfli platforma kimi əhəmiyyət qazanır.
Tərəflər görüş çərçivəsində institusional dialoqun və əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib. Görüşdə ümumi maraq doğuran sahələrdə, xüsusilə təhsil və rəqəmsallaşma sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Tərəflər iki təşkilat arasında dialoqun gücləndirilməsinin vacibliyini vurğulayaraq, demokratik idarəçiliyi, sosial inklüzivliyi və davamlı inkişafı dəstəkləyəcək mümkün birgə təşəbbüslərə açıq olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Baş katib: TDT-nin əhatə dairəsi getdikcə genişlənir
İSESKO və TDT rəhbərləri Bakıda əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər
TDT ölkələri kosmosda əməkdaşlıq edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
