Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir
Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü öz işinə başlayıb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, tədbir Mərkəzi Asiya regionunun kosmik oyunçularının iştirakı ilə artıq dördüncü dəfə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində baş tutub.
Azərbaycan Kosmik Agentliyinin ev sahibliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir. Məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir. Toplantının gündəliyinin əsas mərkəzində kosmik fəaliyyətin davamlılığı üçün əməkdaşlığın vacibliyi qeyd olunub.
Oxşar xəbərlər
Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək
Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar
NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb
Türkiyə Kosmik Agentliyi: Azərbaycanla peyk istehsalı sahəsində birgə hədəflərimiz var
Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













