Azərbaycanda hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib
Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 21 fevral 2025-ci il tarixli fərmanının icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı" genişləndirilib. Siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib. O, həmçinin "Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na əlavə olunub.
Bundan başqa, fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlərin siyahısına "mülki aviasiya sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq sənədlərin verilməsi” əlavə olunub.
Oxşar xəbərlər
“Azərsilah”ın baş direktoru və müavinləri xüsusi dövlət rabitəsi ilə təmin olunacaq
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib
RİNN-in sahibkarlara göstərdiyi xidmətlərdən birinin əhatə dairəsi genişləndirilib
Əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
